Layihə Menecmenti üzrə Rəsmi Təlimçi olmaq istəyənlər üçün Proqram
Ambisiyalı və peşəkar layihə menecerləri üçün AzPMA təqdim edir
Salam! Siz artıq layihə meneceri kimi ən azı 3 ildir ki fəaliyyət göstərirsiniz və öz biliklərinizi digərləri ilə bölüşməyə hazırsınız? Siz IPMA standartları ilə Təlimçi olmaq istəyirsinizmi? Ekspert və təlimçi kimi Azərbaycanda tanınmağa hazırsınızmı? Onda bu elanı oxumağa davam edin.
IPMA Trainer olmaq üçün nə tələb olunur
Ən azı 3 il layihə meneceri təcrübəniz olmalıdır.
Layihə menecmenti üzrə müasir alətləri bilmək və gündəlik fəaliyyətdə uğurla tətbiq etmək.
Təlim keçmək potensialı.
Praktik biliklərini və keysləri təlimdə tətbiq etmək.
İşdən sonrakı saatlarda yaxud şənbə günləri təlim keçməyə vaxt ayırmağa hazır olmaq.
Təlimçi kimi əlavə gəlir əldə etmək istəyində olmaq.
IPMA standartı üzrə AzPMA tərəfindən sertifikatlaşdırılmış Təlimçi olmağın üstünlükləri
AzPMA tərəfindən Təlimçi Sertifikatı
Sertifikat Sizə Azərbaycanda IPMA standartları ilə layihə menecmenti üzrə təlim keçməyə hazır olmağınızı təsdiqləyəckdir. Sertifikasiya prosesində siz tədris üzrə biliklərinizi göstərməıi, pilot dərs keçməli və praktik keysin təlimdə istifadəsini nümayiş etdirməlisiniz.
Təlimçi kompenetsiyalarının artırılması
Təlim keçmək təcrübəsi olmayanlar bu prosesi mürəkkəb saydığı üçün bizim əsas məqsədimiz sizin peşəkar kompetensiyalarınızı bölüşməyə kömək etməkdir. Sertifikasiyadan sonra sizin özünüzə inamınız artacaqdır.
Bilikləriniz artacaq
Tədris edən hər bir təlimçi öz üzərində işlədiyi üçün "öyrədərək öyrənir" modeli tam öz əksini tapır.
Ekspert kimi Azərbaycanda nüfunuz artacaqdır
Təcrübə göstərir ki AzPMA sistemində təlim keçən peşəkarların ekspert kimi nüfuzu nəzərəçarpacaq dərəcədə artır və onlar layihə menecmenti peşəsi üzrə az bir zamanda ad qazanır.
Təlimçi olmaq istəyirsinizsə qeydiyyatdan keçin
Yalnız ən azı 3 il iş təcrübəsi olan layihə menecerləri qeydiyyatdan keçsin
Qeydiyyatdan keçəndən sonra biz sizinlə əlaqə saxlayacağıq.

Sualınız olarsa zəng edin
+994 55 598 95 98
Made on
Tilda