layİhələrİn İdarə edİlməsİ üzrə azərbaycan assosİasİyası
qış məktəbİ-2019
ŞAHDAGA BİLİK SƏYAHƏTİ
1-3 mart
6 saat təlim + şən və maraqlı istirahət
"Şahdağa bilik səyahəti" Təlim proqramının məqsədi layihə menecmenti üzrə real biliklər vermək və layihə menecerlərinin əlaqələrinin gücləndirilməsi üçün birgə istirahətin təminidir. Artıq sübut olunmuşdur ki, non-stop formatında təlimlər və komanda işi sinergetik effekt verir. AzPMA-nın davamlı olaraq keçirdiyi bu formatlı təlimlər də bunu sübut edir.
3 gün 2 gecə
1 martda saat 9.00-da Bakıdan transfer edirik və 3 martda 14.00-15.00-da Bakıya qayıdış
Azərbaycanın 2 rayonu
Daimi yaşayış yerimiz Quba şəhərində yerləşən 5 ulduz otel, səyahət üçün Qusarda yerləşən Shahdağ İstirahət Mərkəzi (bol qar və çoxlu xizək olan məkan)
495 manat
Qiymətə hər şey dexildir. Nəzərə alın ki bu qiymət erkən qeydiyyat edənlər üçündür. Gez tərpənsəniz, 595 manat ödəyəcəksiniz.
Səfərə nə daxildir
Qısa desək - hər şey daxil :)
Transferlər (Bakı-Quba-Bakı, Quba-Şahdağ-Quba)
Layihə Menecmenti üzrə 6 saatlıq təlim (2 gün ərzində keçiriləcəkdir)
Quba şəhərində oteldə 2-nəfərlik otaqda yaşayış
Şahdag Qış Turizmi Mərkəzinə ekskursiya və regionun ən maraqlı turizm layihəsi ilə tanışlıq
Gündə 3 dəfə yemək
Gündə 2 dəfə kofe-breyk/çay dəsgahı
Otelin SPA və Fitnes xidmətlərindən istifadə.
Qış məktəbində iştirakın qiyməti
595
495 AZN
erkən rezervasiya
15 fervaladək etibarlıdır
595 AZN
rezervasiya
nə üçün bizim təlimdə iştirak etmək zəruridir
AzPMA-nın Qış Məktəbində iştirak etməyin 3 səbəbi
Bizim hər birimiz səyahət etməyi sevir. Səyahətdən qalan xoş təəssüratlar uzun müddət yaddaşımızda həkk olunur. Səyahətlə birgə karyeranızda zəruri olan bilikləri almaq isə real sinergetik effekt verir. Bizim davamlı keçirilən Yay Məktəblərində iştirak edənlər bunu təsdiqləyə bilər. Böyük marağı nəzərə alaraq biz Qış Məktəbinə də start verdik.
Birinci səbəb: Aparıcı ekspertdən real praktik biliklər
Tanınmış layihə meneceri Rəşad İbrahimov sizə real və özünün gündəlik fəaliyyətində istifadə etdiyi bilikləri təqdim edəcəkdir. Praktika üzərində qurulan təlimdən sonra siz real olaraq öz işinizə yenilik gətirə biləcəksiniz.
İkinci səbəb: Yüksək səviyyəli xoş istirahət
Təlimarası bizim komanda Şahdağ Qış İdman Mərkəzinə sizin səyahətinizi təşkil edəcəkdir. Bol qar və istəyə görə xizək, son dərəcə çoxlu gülüş dolu zaman keçirəcəyinizə əminik. Bizim məqsədimiz sizə "bilik+istirahət" formulasını təqdim etməkdir.
Ücüncü səbəb: Networking və uzunmüddətli əlaqələr
Biz əminik ki, həmkarlarınızla birğə non-stop formatında ünsiyyət sizə əlaqələrinizi genişləndirməyə, "başqalarından öyrənməyə və öyrətməyə", daha şən vaxt keçirməyə və ən əsası "AzPMA ailəsinin" tamhüquqlu üzvü olmağa kömək edəcəkdir.
Dördüncü səbəb: Sea Wolf Compitent PM oyunu ilə vərdişlərin inkişafı
IPMA ICB4 standartları ilə biliklərin daha da effektiv qavranması üçün IPMA-nın aparıcı eksperti tərəfindən yaradılmış Sea Wolf Compitent Project Management biznes-oyunu təlimdə istifadə ediləcək.
Xizək sürmək istəyənlərə özləri ilə xüsusi geyimin götürməsini xahiş edirik. Bu islanmayan isti gödəkcə və islanmayan idman yaxud da xizək şalvarı ola bilər. Əlavə olaraq isti idman papağı və əlcəklər də zəruridir.
Qeyd. Şahdağda xizəkdən istifadə və digər aidiyyatı xərclər paketə daxil deyildir və əlavə ödənilməlidir.
Rəşad İbrahimov (təlimçi)
IPMA level-B: Certified Senior Project Manager (CSPM)
Certified Internal QMS Auditor
ISO 9001:2008 and ISO 19011:2002


  • AzərTürkBank-ın Project Management Office rəhbəri;
  • 15 ildən artıq neft-qaz qazma, istehsalat və bank sistemlərində menecer və müxtəlif növ layihələrdə rəhbərlik;
  • Azərbaycan müəssisələrində Dəyişikliyin idarəetməsi və Project Management Office yanaşmasının praktik tədbiqcisi;
  • Lomonosov adına Moskva Dövlət Universitetinin MBA proqramının dinləyicisi.
15 fevraladək qeydiyyatdan keçin və güzəştli paketə iddialı olun
Bizimlə əlaqə:
+994 55 511 95 98
www.ipma.az
City Point Biznes Mərkəzi, 8-ci mərtəbə
Made on
Tilda