layihələrin idarə edilməsi üzrə Azərbaycan assosiasiyası
4-15 mart
Təlimin ətraflı proqramı

1-ci gün
GİRİŞ

Proqramın təsviri, kursdan gözləntilərin idarə olunması

İştirakçılarla tanışlıq. Gözləntilərin analizi.

Layihələrin idarə olunmasında beynəlxalq peşəkar sertifikatlaşdırmalar

İPMA
– Layihələrin İdarə olunması üzrə Beynəlxalq Assosiasiya. IPMA 4 səviyyəli (4LC) sertifikatlaşdırma sxemi mövcutdur. İPMA Səviyə A, B, C və D.

AzPMA – Azərbaycan Layihələrin İdarə Olunması Assosiasiyası. Beynəlxalq sertifikatlaşdırma üzrə yeganə rəsmi orqan. AzPMA - intellektual xidmətlər bazarında layihələrin idarə edilməsi və təşkilatın inkişaf etdirilməsi üzrə müasir texnologiyalar sahəsində fəal mövqe tutur və 20-illik tarixi ərzində uğurlu layihələrə imza atmışdır.

PMI — Layihə menecerlərinin beynəlxalq peşəkar qeyri-kommersiya birliyi. PMI Sertifikatlaşdırma növləri: PMP®, PgMP® və s.
Digər standartlara nəzər PMI, PRINCE2, ISO, ГОСТ

Layihə, Proqram, Portfel

Layihənin açıqlanması. Layihə nədir? Layihənin əməliyyat fəaliyyətindən fərqi. Layihənin yaranmasının səbəbləri. Layihə, proqram, portfel haqqında. İdarə edilmələrdə fərqlər və yanaşmalar, uğur kriteriyaları.

Layihələrin idarə olunmasının vacibliyi

Layihələrin idarə olunmasının şirkət rəhbərliyi üçün üstünlüyü. İdarə olunmayan və ya nəzarətsiz layihələrin nəticələri. Layihələrdə peşəkar yanaşmanın dəyəri və əvəzolunmaz rolu. Uğurlu və uğursuz layihə idarəetməsindən misallar, tarixə nəzər.

Şirkətin strategiyası və layihələrin idarə edilməsinin təşkili

Strategiyanın açıqlanması. Layihələrin və proqramların şirkətin strategiya hədəfləri ilə üyğunlaşdırılması. Taktiki planlar və onun icrası.

ICB4® STANDARTINA GİRİŞ

Layihələrin idarə olunması

Layihələrin həyat dövrü. Layihələrin fazaları. Metodologiyalar. Agile (çevik) yanaşmasında layihələrin həyat dövrü.

Kompetensiyalar. Layihə menecerinin kompetensiyası üzrə elementləri.

Layihə mühitində kompetensiya 29 elementə ayrılıb. Perspektivli kompetensiyalar (5 element), İnsan kompetensiyaları (10 element), Praktiki kompetensiyalar (14 element). Layihə və proqramların idarə edilməsi müvəqqəti fəaliyyət olduğu bir vaxtda, portfelin idarə edilməsi daimi prosesdir. ICB4®-də təqdim edilmiş kompetensiyalar layihələr, proqramlar və portfellərə uyğun olaraq strukturlaşdırılıb.

Perspektivli kompetensiyalar:

Fərdlərin ətraf mühitlə qarşılıqlı fəaliyyət göstərdikləri metodlar, alətlər və texnikaları təsvir edir, həmçinin insanlar, təşkilatlar və birliklərin layihə, proqram və layihə portfellərini həyata keçirmək və dəstəkləmək səbəblərini əsaslandırır. Strategiya, Rəhbərlik, sturuktur və proseslər, Uyğunluq, standart və qaydalar, İdarəetmə və maraqlar, Mədəniyyət və dəyərlər

İnsan kompetensiyaları:

Layihə, proqram və ya layihə portfelində iştirak yaxud rəhbərlik üçün zəruri olan şəxsi və şəxslərarası kompetensiyaları təsvir edir. Özünü-refleks və özünü-idarəetmə, Şəxsi bütövlük və etibarlılıq, Şəxsi ünsiyyət, Münasibət və qarşılıqlı fəaliyyət, Liderlik, Komanda işi, Münaqişə və böhranlar, İxtiraçılıq, Razılaşdırma, Nəticəyönümlülük

Praktiki kompetensiyalar:

Layihə, proqram və layihə portfellərinin uğurla həyata keçirilməsi üçün istifadə edilən metodlar, alətlər və texnikaları təsvir edir. Dizayn, Tələblər, tapşırıq və faydalar, Məzmun, Zaman, Təşkilat və informasiya, Keyfiyyət, Maliyyələr, Resurslar, Satınalmalar və tərəfdaşlıq, Planlaşdırma və nəzarət, Risklər və imkanlar, Maraqlı tərəflər, Dəyişikliklər və transformasiya, Seçim və balanslaşdırma

Layihələrin idarə olunması ofisi (Project Management Office)

PMOnun şirkətdə rolu. PMOnun növləri və fəaliyyəti.

Layihənin ətraf mühiti

Təşkilati struktur növləri və onların layihəyə təsiri. Layihənin müxtəlif təşkilati strukturlarda icrası. Layihəyönümlü, matrisalı və funksional təşkilati strukturlar. Optimal təşkilati strukturun qurulması. Matrisali strukturlarda resurs və prioritet münaqişəsi.

Layihələrin idarə olunmasında metodologiya adaptasiyası

Layihələrin sistemli idarə olunması. Şirkətin standartları. Layihələrdə gərək olan standart, şablon və alətlərin seçimi.

LAYİHƏ RƏHBƏRİNİN ROLU

Layihələrin əsas iştirakçıları

Layihə rəhbəri, sponsor, sifarişçi və komanda.

Layihənin rəhbəri

Layihənin həcmi və növündən asılı olaraq Layihə rəhbərinin bilik və bacarıqları. Layihə menecerinin layihənin gedişatına təsiri. Layihə menecerlərinin icraedici və koordinəedici funksiyaları. Liderin yaranması. Layihə menecerlərinin baha başa gələn tipik səhvləri və/və ya uğurlu addımları.

2-ci gün
LAYİHƏNİN İNTEQRASİYASININ İDARƏEDİLMƏSİ

Layihənin əsasnaməsinin hazırlanması

Məqsəd – layihənin başlanması. Layihə əsasnaməsinin tərkibi. Prosesin əsas nəticəsi – layihənin mövcudluğunun və layihə menecerinin səlahiyyətlərinin təsdiqi. Layihənin başlanmasına əsaslar: biznes plan, razılaşma, müqavilə. Layihənin məhdudiyyətləri. Qərarların qəbul edilməsi. Proqram və portfel çərçivəsində layihənin başlanması. Layihənin əsasnaməsini nə ilə əvəz etmək olar?

Layihə planının hazırlanması

Məqsəd – işin təşkili və layihənin müxtəlif hissələrinin idarə olunması. Layihənin planının vacibliyi və detallı hazırlanmasının üstünlükləri. Layihənin idarəolunması planının tərkibi. Baza planının hazırlanması.

Layihənin idarə olunması və icrası.

Məqsəd – planı həyata keçirmək. Layihə rəhbərinin əsas rolu - Layihənin idarə olunmasında işin təşkili və koordinasiyası. Layihə rəhbərinin işə başlamazdan əvvəl təyinatının incəlikləri. Təşkilati struktura uyğun layihə rəhbərinin rolu.

Layihənin icrası zamanı monitorinq və nəzarət

Məqsəd – plandan kənarlaşmaların aşkarlanması və qiymətləndirilməsi, eləcə də qabaqcıl tədbirlərin görülməsi üçün proqnozların hazırlaması.

Dəyişiklərin idarə olunması

Məqsəd – zamanında layihənin gedişatında dəyişiklərə baxılma. Dəyişiliklərə dair təklifləri kim təklif edə bilər? Dəyişiliklərə dair qərar verənlər.

Layihənin və ya fazanın bağlanması

Məqsəd – layihənin və ya fazanın rəsmi bitməsi və ya bağlanması. Bağlanmanın şərtləri. Komandanın demobilizasiyası. Əldə edilmiş təcrübələr və gələcəkdə paylaşma.

Praktiki tapşırıq 1.

İştirakçılar komandalara bölüşür və öz aralarında layihə rəhbəri seçirlər. Nümunəvi bir layihə seçib layihənin əsasnaməsini hazırlayırlar.


3-cü gün
LAYİHƏNİN MARAQLI TƏRƏFLƏRİNİN VƏ KOMMUNİKASİYALARIN İDARƏEDİLMƏSİ

Layihənin maraqlı tərəflərinin müəyyən edilməsi və kommunikasiya

Məqsəd – layihənin təsiri əhatəsini anlamaq və geriyə dönüşü müəyyən etmək, eləcə də düzgün kommunikasiya kanallarını qurmaq. Maraqlı tərəflərin problemlərini aydınlaşdırmaq. Reyestrin hazırlanması. Kommunikasiya alətlərini müəyyənləşdirmək.

Maraqlı tərəflərin cəlb edilməsi və hesabatlıq

Maraqlı tərəflərin uğurlu idarə olunmasında əsas məqamlar. Maraqlı tərəflərin proseslərə cəlbi. Hesabatlığın təqdimi və vacibliyi. Hesabat nümunələri.

Maraqlı tərəflərin cəlbetmə meyarları

Reaksiyanı müəyyən etmək üçün səbəbi bilmək gərəkdir. Hansı səbəblər fərqli reaksiyaya səbəb olur? Gözləntilərin idarə olunması. İri layihələrin effektiv rəhbərləri yaxşı siyasətçi olur. Məlumatla paylaşma layihənin uğurudur.

Praktiki tapşırıq 2

Komandalar maraqlı tərəfləri müəyyən edir, qruplaşdırır və onların reyestrini hazırlayırlar.


LAYİHƏNİN TƏRKİBİNİN VƏ CƏDVƏLİNİN İDARƏEDİLMƏSİ

Layihə planının tərkibinin və cədvəlinin hazırlanması

Layihənin tərkibinin iyerarxik ardıcıllığını müəyyən edilməsi. Cədvəlin hazırlanması.

Tələblərin toplanması.

Tələblərin toplanması üslubları. Tələblərin uyğunsuzluqlarının aşkarlanması və həlli. Tələblərin vahid sənədlərdə əksinin vacibliyi. Yekun hədəflərin müəyyən edilməsi. Hədəfə çatmanın ölçü meyarlarının hazırlanması. İstisnalar.

İşlərin iyerarxik ardıcıllığının qurulması

İşlərin məntiqi bölünməsi. Hansı mərhələyədək işləri bölmək vacibdir? İşlərin əlaqələrinin qurulması. İşlərin arasında əlaqələr və bağlılıq: Finiş-star, finiş-finiş, start-start, start-finiş. Qabaqlamalar və gecikmələr.

Cədvəlin hazırlanması

Planlama və nəzarət alətləri. Cədvəlin əsas təqdimatları: Qant diaqramı, şəbəkə diaqramı, nəzarət nöqtələri diaqramı. İşlərin prioritet üzrə bölünməsi.

Praktiki tapşırıq 3

Komandalara layihənin iyerarxik strukturunu qurulur. Bunun üçün Ms Project və ya smartsheet.com alətindən istifadə edilir. Baza bilikləri ilə bölüşülür. Layihənin cədvəli qurulur.

4-cü gün
LAYİHƏNİN DƏYƏRİNİN İDARƏEDİLMƏSİ

Layihə dəyər planının hazırlanması

Layihənin dəyərinin tərkibi və funksiyasının idarə olunması.

Dəyərin qiymətləndirilməsi

Dəyərin qiymətləndirmə metodologiyası. Layihənin fazasından asılı olaraq xərc asılılığı.

Büdcənin müəyyən edilməsi

Layihənin smetası və büdcəsi. İlkin baza planının hazırlanması.

Xərclərə nəzarət

İşlərin müddətə və xərclərə uyğun hesablanması.

Praktiki tapşırıq 4

Komandalar hazırlanmış layihənin büdcəsini hesablayıb hazırlayırlar. Müəyyən edilmiş büdcədən kənarlaşmalara reaksiya və büdcəyə çevik dəyişiklərin edilməsini aparırlar.

LAYİHƏDƏ SATINALMANIN İDARƏEDİLMƏSİ

Satınalma planının hazırlanması

Satınalma planı. Satınalma strategiyası, istehsal etmə və ya alma qərarı. Müqavilə növləri və satıcı və alıcı riskləri. Müqavilə təsərüfatının növləri.

Satınalmanın aparılması

Satınalmanın təşkili, tenderin elanı və keçirilməsi. Müqavilənin bəndləri.

Satınalma nəzarəti.

Layihə rəhbərinin satınalmanın aparılmasında və bağlanmasında iştirakı. Formal qəbuletmə. Satınalmanın arxivləşdirilməsi.

5-ci gün
LAYİHƏDƏ KEYFİYYƏTİN İDARƏEDİLMƏSİ

Keyfiyyət planının hazırlanması

Məhsulun və servisin keyfiyyəti layihənin keyfiyyəti. Keyfiyyətin dəyəri. Zay məhsulun çıxışının qarşısının alınması. Lean Six Sigma.

Keyfiyyətin idarəolunması

Alətlər və meyarlar. Audit və ekspertiza. Neft-qaz layihələri nümunəsində keyfiyyət.



LAYİHƏDƏ RESURSLARIN İDARƏEDİLMƏSİ

Resurs planının hazırlanması

Layihədə resurs növləri. Resurs planının tərkibi və idarə olunması. Resursların optimal idarə oluması. İnsanlar layihənin ən dəyərli aktivləridir. Məsuliyyət matrisası. İştirak – məsuliyyət və səlahiyyət deməkdir.

Resursların qiymətləndirilməsi

Resursların planlaşdırılmasının yanaşmaları. Resurslardan istifadə.

Resursların əldə olunması

Komandanın formalaşdırılması: kimi cəlb etmək? Mütəxəssis və ya tapşırıqla olan adamı? Komanda ilə işləmə və iş rejimi.

Komandanın inkişafı

Komandanın inkişaf mərhələləri. Komandanın motivasiyası və münaqişələrin həlli. Maddi və qeyri maddi qiymətləndirmələr. Necə və nəyə görə mükafatlandırma və ya cəzalandırma.

Komandanın idarə olunması

Komandanın təşkilati inkişafı. İnsanlarla işləmə bacarıqları. Münaqişələr, onların rolu, səbəbləri və həlli yolları. İdarəetmə üslubları.

Praktiki tapşırıq 5

Komandalara keys verilir. Keysdə əks olunan problemi birgə həlli yolları tapılır.



LAYİHƏDƏ RİSKLƏRİN İDARƏEDİLMƏSİ

Risk planının hazırlanması

Layihədə risklərin idarə olnması metodologiyası. Risk məsuliyyəti.

Risklərin müəyyən edilməsi

Breyn storminq, təkliflərin analizi. Risk reyestri.

Plana uyğun risklərlə işləmə

Neqativ və pozitiv risklərə reaksiya metodologiyası. Risk hadisələrinin qəbul edilməsi, ötürülməsi, paylaşması, yayınma. Əldə edilmiş təcrübə. Risklərin qarşısının alınması üzrə qabaqcıl tədbirlər.

6-cı gün
BİTMƏ. LAYİHƏLƏRİN İDARƏ OLUNMASI PROSESLƏRİNƏ TƏKRAR BAXIŞ.

Praktiki tapşırıqların idarə olunması

Praktiki tapşırıqlarla və keyslərlə işləmələr. Səhvlərin analizi. Ədəbiyyatlarla işləmə. İmtahan qabağı müzakirələr.





Təlim bitdikdən sonra təlimçi tərəfindən +30 gün ərzində İPMA Beynəlxalq sertifikasiya dərəcələri imtahanlarına hazırlıq üzrə ödənişsiz məsafəli konsultasiya

30 gün konsultasiya
Təlim bitdikdən sonra təlimçi tərəfindən +30 gün ərzində İPMA Beynəlxalq sertifikasiya dərəcələri imtahanlarına hazırlıq üzrə ödənişsiz məsafəli konsultasiya

İPMA dərəcələri imtahanına hazırlıq və konsultasiya

1. İmtahan haqqında ümumi məlumatlar

2. Layihələrin idarə olunması haqqında ümumi suallar paketi (nümunələr)

3. Sənədlər toplusunun hazırlanmasında şablonların verilməsi və dəstək

4. Əlavə materialları paylaşma və yaranmış sualların cavablandırılması

5. Hesabatların hazırlanmasında konsultasiya (İPMA dərəcə C və B)

6. Namizədin sertifikasiya dərəcəsinə hazırlığının intervyu vasitəsilə müəyyən edilməsi.

7. Ödənişlərlə bağlı yaranmış sualların cavablandırılması

8. İPMA ilə bağlı digər sualların cavablandırılması.

Təlim bitdikdən sonra təlimçi tərəfindən +30 gün ərzində İPMA Beynəlxalq sertifikasiya dərəcələri imtahanlarına hazırlıq üzrə ödənişsiz məsafədən konsultasiya.

Made on
Tilda