Olive Campus
Azərbaycanın ən iri tələbə yaşayış kompleksi
Mərkəzdən cəmi 19 dəqiqəlik aralı
Metro vasitəsilə cəmi 19 dəqiqəyə tədris olunduğunuz universitetə çata bilərsiniz yaxud bizim OliveBus-dan istifadə edərək 29 dəqiqəyə rahat avtobus vasitəsilə bu yolu qət edə bilərsiniz
Üstünlüklər
Universitetinizin yaxınlığında mənzil axtararkən tam təhciz olunmuş bir məkandan daha çoxunu istəyəcəksiniz. Akademik karyeranızı davam etdirərkən sizə yeni imkanlar təklif edən, ehtiyaclarınıza cavab verən və şəxsi inkişafınıza kömək olacaq bir yerə ehtiyacınız olacaq. Yataqxanamız yüksək səviyyəli bir tələbə evindən gözlədiyiniz bütün imkanlarla doludur.

Univerium eyni zamanda dostlarınız və tələbə yoldaşlarınızla birgə təhsil almaq, dincəlmək və əylənmək imkanları təqdim etmək üçün yaradılmışdır. Hər mərtəbədə və açıq terrasda yaradılan iş və istirahət otaqları sizi akademik naliyyətlərə və həyatın digər prioritetlərinə diqqət yetirmək üçün daha da ruhlandıracaqdır. Olive Campus sizə fitnes mərkəzinin xidmətlərindən də yararlanmağı təklif edir. Bundan başqa musiqi otaqları, oyun meydançaları, kinoteatr kimi üstünlüklərdən də yararlanaraq öz dostlarınızla maraqlı vaxt keçirə bilərsiniz.
Qiymətlər
Kampusda siz 1-nəfərlik, 2-nəfərlik, 3-nəfərlik və yaxud 4-nəfərlik otaqlarda yaşa bilərsiniz
Tələbələr Olive Campus haqqında
Yüksək keyfiyyətli xidmətlərin göstərilməsini və qızlar üçün xüsusi binanın olmasını çox bəyəndim. Artiq sentyabrdan bu kampusa köçürəm. Yerimi bron etdim.
Əminə Məmmədova
Bakı Dövlət Universitetinin tələbəsi, 2-ci kurs
Çox təəssüf edirəm ki belə kampuslar əvvəllər Bakıda yox idi. Rahatlığı az olan darısqal otaqlarda kirayə qalmaqdansa dünyada tələbələrin ən sevdiyi məkan olan kampusları seçmək düzgündür. Tələbəliyimin son ilini Olive Campus-da keçirəcəyəm.
Ziya Aliyev
Azərbaycan Texniki Universitet, 3-cü kurs tələbəsi
Olive Campus– Bakının tələbə həyatının zənginliyini bizimlə hiss edin
Üstünlüklər
  • Yüksək keyfiyyətli yataq və yataq dəsti
  • Yazı masası və stulu
  • TV və yüksək sürətli internet
  • Şəxsi rəflər və saxlama yerləri
  • Gecə lampaları və fərdi işıqlandırma sistemləri
  • 24 saat isti və soyuq su
  • Mərkəzləşmiş isitmə və soyutma sistemi
  • Səs izolyasiyalı pəncərələr
  • Şəhərin gözəl mənzərəsi
  • Tələbə yeməkxanası (-1. Mərtəbə)
  • Konsfrans otağı, kino zalı və idman barı (5. Mərtəbə)
  • Stolüstü oyunlar, bilyard, stolüstü tennis (bütün mərtəbələrdə)
  • İstirahət otaqları, pulsuz internetlə təmin olunan digər otaqlar, kofe və çay nöqtələri (bütün mərtəbələrdə)
  • Oxu zalları (-1. Mərtəbə)
  • Fitness, yoqa, aerobika və digər oyunlar üçün idman zalı (-1. Mərtəbə)
  • Xüsusi akustik panellərlə təchiz olunmuş musiqi otaqları (-1. Mərtəbə)
  • Basketbol üçün açıq havada müasir idman sahəsi
  • Camaşırxana (-1. Mərtəbə)
  • 24/7 təhlükəsizlik

Əlaqə
Telefon, poçt
+09 8 965 673 342
+09 8 955 645 224
campus@olivecampus.com
Ünvan
Heydər Əliyev prospekti
ASAN Xidmət
Necə getməli
Olive Campus Koroğlu metro stansiyasından 7-dəqiqə piyada məsafədə yerləşir
Made on
Tilda