AzPMA Yay Məktəbi: Biliklər. Təlim. Netvorkinq
Dincələrək bilik toplamaq istəyənləri dəvəti edirik
Layihələrin İdarəedilməsi üzrə Azərbaycan Assosiasiyasının (AzPMA) icraçı direktoru Fatimə Axundova Qəbələ rayonunda keçirləcək Layihə Menecmenti üzrə Yay Məktəbi ilə bağlı müsahibə vermişdir.
AzPMA növbəti dəfə yayda özünün ənənəvi Yay Məktəbini keçirməyi planlaşdırır. Bir çoxları üçün bu formatda təlimin keçirilməsi hələ də qeyri-adi qəbul olunur. Ümumiyyətlə, düşərgə formatlı təlimlərin hansı üstünlükləri vardır?

Sizinlə razıyam, bütün dünyada ən effektiv təlimlərdən biri sayılan bu format Azərbaycanda hələ də populyar deyil. Amma AzPMA artıq 4 ildir ki bu formatı tətbiq edir və iştirakçıların yekun qiymətləndirməsi bu formatın ölkəmizdə böyük potensialının olmasını proqnozlaşdırır. Artıq bir sıra şirkətlər də outdoor corporate training formatında təlimlərə üstünlük verir.

Nə üçün bu format iştirakçılar üçün çox əlverişlidir? Məsələn, bizim iyunun sonunda keçiriləcək Layihə Menecmenti Yay Məktəbinə qoşulan hər bir iştirakçı peşəkar formatda intensiv təlim, praktik tapşırıq üzərində işləmək imkanı əldə edir. Faktiki olaraq, təlim Qəbələyə yolda başlayacaq və iştirakçılar "non-stop" olaraq 3 gün ərzində biliklər və praktiv vərdişləri mənimsəyəcəklər.

Bununla yanaşı İPMA tərəfindən lisenziyalaşdırılan layihə menecmenti oyunu da istifadə ediləcəkdir. Bu oyun məhşur Monopoliya oyununa bənzəyir və bizim təlimçimiz, AzPMA Ekspert Şurasının üzvü Rəşad İbrahimov Azərbaycanda 2019-cu ildən başlayaraq öz təlimlərində tətbiq edir.

Təlimin bir üstünlüyü də müxtəlif təşkilatlardan olan mütəxəssislərlə yaxından tanışlıq və team-building elementlərinin tətbiqidir. Biz hər il təlim iştirakçılarının qısa bir zamanda ünsiyyət qurmasının şahidi oluruq və bu ünsiyyət tədrisin effektivliyini gücləndirir.

Əlbəttə, təlim çərçivəsində regionun aparıcı şirkətlərinin ziyarəti və praktik layihələrlə tanışlıq da layihə menecmentini daha dərindən anlamağa kömək edir.

Bu intensiv tədrislə yanaşı yaddan çıxartmaq lazım deyildir ki, təlim Azərbaycanın ən səfalı yerlərinin biri olan Qəbələdə keçiriləcəkdir və iştirakçılar təbiətdən də həzz alacaqlar.



Keçən illərlə müqayisədə bu il Təlim paketinin qiyməti daha əlverişlidir. 2,5 gün təlim və istirahət üçün cəmi 350 manat ödəniş cüzi hesab oluna bilər. Bu qiymətə nə daxildir?

Təlim paketinə faktiki olaraq hər şey daxildir. İştirakçılar ümumi olaraq 6-8 saat təlim keçəcək, 4 ulduz oteldə 2-nəfərlik otaqda yerləşəcək, gündə 3 dəfə dadlı yeməklərlə qidalanacaq və 2 dəfə kofe-çay içə biləcəkdir.

Əgər əvvəllər biz daha bahalı otellərə üstünlük verirdiksə, bu il iştirakçılara əlverişli qiymət təklif etmək üçün daha optimal variant seçdik. Duyma oteli Qəbələnin Vəndam kəndində yerləşir və yaddan çıxartmaq lazım deyildir ki, bu kəndi Ukrayna prezidenti Vladimir Zelenskiy də bəyənib. Biz hətta iştirakçıların V.Zelenskiya sitlində fotosessiyasını da planlaşdırmışıq.

Təlimə qoşulmaq üçün nə etmək lazımdır?

Sadəcə bizim təlimlə bağlı səhifədə qeydiyyatdan keçmək lazımdır. Biz sizinlə əlaqə saxlayıb bütün suallara cavab verəcəyik.
Qeyd etmək istərdim ki, Yay məktəbinə qoşulanlar həmçinin bizim sentyabrdan Project Management Club formatlı görüşlərə 12 ay ərzində pulsuz giriş imkanı əldə edəcəklər. Bu master-klassların effekti böyükdür və hər bir iştirakçıya praktik biliklər əldə etməyə real platformadır.






"PROJECT MENECMENT" YAY MƏKTƏBİ
AzPMA 28-30 iyunda Qəbələdə Yay Məktəbini təşkil edəcəkdir
Made on
Tilda