Layihələrin idarə edilməsi üzrə mütəxəssislərin sertifikatlaşdırılması – bu sizə nə verir?
Layihələri idarə edənlərə öz biliklərini sertifikat ilə təsdiq etmək gərəklidirmi? IPMA standartları nəyin göstəricisi heab olunur? Təcrübə varsa imtahana hazırlıq gərəklidirmi? Gəlin bu sualları IPMA-nın Azərbaycandakı nümayəndəyiliyi AzPMA təşkilatı ilə cavablandırmağa çalışaq
Hazırda Azərbaycanda uğurlu layihə menecerləri çoxluq təşkil edir. İdarə olunan layihə uğurla həyata keçirilib və zamanında təhvil verilib, büdcə çərçivəsindən kənara çıxılmayıb. Ancaq gəlin bunu digər prizmadan da müzakirə edək. Uğurlu layihə meneceri layihənin davamını da düşünməlidir. Belə ki, layihə üzrə çalışan əməkdaşlarınız nə əldə etdi? Onlar daha sonra özləri müstəqil şəkildə layihə icra edə biləcəklərmi? Onlar da sizin kimi uğur əldə edə biləcəklər yoxsa bu sadəcə onların arzusunda qalacaqdır. Şirkətin əsas marağı odur ki, layihələrin idarə edilməsi üzrə əldə olunan biliklər şirkət daxilində inkişaf etsin və daha sonra digər əməkdaşlar tərəfindən də sistemli olaraq tətbiq edilsin. Hər dəfə yeni çıxış yolunu axtarmağa ehtiyac yoxdur, çünki hazırda bütün dünya vahid standartlar üzərində çalışır və siz öz təcrübənizi bu standartlar üzərində tətbiq edə bilərsiniz. Şirkət öz əməkdaşlarını sertifikatlaşdırmaya yönəldərək, onu beynəlxalq standartlara istiqamətləndirir, bu standartlar sırasında layihəyə uyğun alətlərdən istifadə edir, təcrübəsini genişlənidirir və əlbəttə ki, nəticədə müəssisənin özünün vahid standartı yaranmağa başlayır.
Standartlar müxtəlifdir necə qərar verək?
Dünyada layihələrin idarə edilməsi üzrə bir sıra standartlar mövcuddur: ISO, IPMA, PRINCE2, PMI və qruplara bölünə bilər – amerika standartı, avropa standartı, yaponiya standartı və s.

Hansı standartın daha yaxşı olması hər zaman geniş mübahisəyə səbəb olur, bizə zənglər gələrkən də ən çox verilən suallardan biridir. Amma biz bu məsələni heç zaman açıq saxlamırıq. Belə ki, hər bir standart layihələrin idarə edilməsi üzrə peşəkar inkişafa öz töhvəsini verir, odur ki, qərar verən şəxs kimi özünüz araşdırma apararaq sizə gərəkli standartı seçə bilərsiniz. Bu standartların hansı ölkəyə məxsus olması vacib amil deyil, əsas şərt odur ki, siz nə istədiyinizi düzgün qərarlaşdıra biləsiniz. PMI tərəfindən hazırlanmış PMBOK daha çox prosesli standartlara, IPMA tərəfindən hazırlanmış ICB kitabı isə layihə menecerlərinin təcrübədə istifadə edə biləcəyi kompetensiyalara yönəlmişdir.

Proseslər – təcili gərəkli olan həbb kimidir, standartı açırsınız və başa düşürsünüz ki, nəyi necə etmək lazımdı. Kompetensiyalar isə bir qədər mürəkkəb yanaşmadır, onları formalaşdırmaq, alətləri başa düşmək, iş üzrə bacarıqlara malik olmaq lazımdır. Məhz bu səbəbdən də, əgər kompetensiya varsa özünüz müəyyən alqoritm və prosesləri formalaşdıra bilərsiniz.

AzPMA təşkilatı IPMA-nın ICB standartlarını dəstəkləyir və Azərbaycanda bu standartların tətbiq edilməsi istiqamətində çalışır. IPMA-nın Azərbaycandakı nümayəndəliyi olmaqla, artıq 300-dən artıq əməkdaş sertifikasiyadan uğurla keçərək beynəlxalq layihə menecerləri sırasına qoşula bilmişdir. Onların adı beynəlxalq reyestrdə qeydiyyatdan keçmişdir.

Sertifikatlaşdırma – sizin kompetensiyalarınızın peşəkar standartlar əsasında təsdiq edilməsidir. IPMA sertifikatı təkcə təsdiqedici kağız və ya arayış deyil, bu sertifikat ilə siz biliklərinizi hər kəsə təsdiq edə bilərsiniz. Belə ki, sertifikatlaşdırma zamanı siz öz imkanlarınızı aşkar edirsiniz, asessorlar ilə müsahibədən keçərək güclü və zəif tərəflərinizi müəyyənləşdirə bilirsiniz.

Hansı standartlar üzrə sertifikasiyadan keçməyiniz sizin peşəkar məqsədlərinizdən asılıdır. Əgər beynəlxalq icmalara qoşulmaq, dünya üzrə aktual bilik və alətlərə yiyələnmək istəyirsinizsə, o zaman sizə beynəlxalq sertifikat mütləq lazımdı.

Əgər siz sertifikasiyadan keçmisinizsə, demək siz peşəkarsınız, çünki sertifikatlaşdırma zamanı çətin prosedurlardan keçmisiniz və əməkdaşlarınız bunun qiymətini bilir. Bundan əlavə, siz bütün terminləri və prosesləri başa düşürsünüz, məsələləri peşəkar dildə həll edə bilirsiniz. Əlbəttə ki, əsas olaraq qeyd etmək lazımdır ki, beynəlxalq partnyorlar ilə iş əlaqəsində sertifikat sizin bonusunuz olacaqdır.
Sertifikasiyadan keçmək üçün nə etməliyik və hansı dərəcəni seçə bilərik?
Biz sertifikasiyadan uğurla keçmək üçün hazırlıq kursları təşkil edirik. Hazırlıq təlimləri 6 gün, hər dərs 2 saat olmaqla keçirilir. Təlim nəticəsində siz layihə menecerinin kompetensiyalarını daha yaxşı anlayır və öz imkanlarınızı aşkarlayırsınız. Keçirilən təlim nəzəri xarakter daşımır, daha çox praktiki tapşırılar üzərindən keçirilir ki, bununla da materiallar daha yaxşı mənimsənilir.

Sertifikasiya üzrə müraciət etdiyiniz dərəcənin müəyyənləşdirilməsi üçün ilk öncə Ərizə forması doldurulur. Ərizə formasında qeyd etdiyiniz təcrübəyə əsasən əldə edə biləcəyiniz dərəcə təsdiqlənir. Əgər sizin layihələrin idarə edilməsi üzrə təcrübəniz yoxdur və siz ümümi biliklər əldə edərək bu bacarığınızı nümayiş etdirmək istəyirsinizsə, o zaman IPMA D dərəcəsindən başlaya bilərsiniz. Digər dərəclər isə idarə etdiyiniz layihələrin həcmindən, mürəkkəbliyindən, büdcəsindən və s. asılı olaraq müəyyənləşdirilir.


Qısa olaraq dərəcələrə və onlar üzrə tələblərə nəzər salaq:
IPMA D dərəcəsi – Layihələrin idarə edilməsi üzrə sertifikatlaşdırılmış mütəxəssis - təcrübə tələb olunmur, nəzəri biliklərin olması mütləqdir, standartlara, qaydalara riayət edir.

IPMA C dərəcəsi – Sertifikatlaşdırlmış Layihə Meneceri – məhdud mürəkkəb layihələr üzrə 3 il təcrübə tələb olunur.

IPMA B dərəcəsi – Sertifikatlaşdırlmış Aparıcı Layihə Meneceri - mürəkkəb layihələr/proqramlar üzrə 5 il təcrübə tələb olunur.

IPMA A dərəcəsi – Sertifikatlaşdırlmış Aparıcı Proqram Meneceri - mürəkkəb layihələr/proqramlar/portfel üzrə 5 il təcrübə tələb olunur.

Əgər siz sertifikatlaşmısınızsa, o zaman dünya üzrə ən yaxşı təcrübələrin nümunələrindən və keyslərindən istifadə edə bilirsiniz, düzgün əlaqə yaradırsınız, təcrübəni daha tez əldə edirsiniz.



Made on
Tilda